Nərgiz Paşayeva əməkdar rəssamın sərgisində - FOTOLAR

Nərgiz Paşayeva əməkdar rəssamın sərgisində - FOTOLAR
Rüstəm QasımovQışın son günləri Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirovun "İki vəziyyət" adlı şəxsi sərgisinin «YARAT!» müasir incəsənət məkanı olan «YAY» qalereyasında açılışı ilə yadda qaldı. Hələ saat yeddi deyildi, amma qonaqlar artıq qalereya qarşısındakı meydançada tədbirin açılışını gözləyirdilər. İşçilərin qapını açması ilə qonaqların rəsmlərə baxmaq üçün içəri axışması bir oldu. Foyedə hər bir arzu edən şəxs Əmirovun rəsmləri olan bukleti, həmçinin onun ingilis dilində tərcümeyi-halının yazıldığı vərəqləri götürə bilərdi. Qalereyanın divarlarından birində rəssamdan bəhs edən banner asılmışdı.Qonaqlar qalereyanın bütün guşələrini öyrənirdilər, pilləkanla yuxarı mərtəbələrə qalxırdılar. Onların arasında məşhur Azərbaycan rəssamları, paytaxt qalereyalarının direktorları, incəsənət xadimləri, həmçinin, bütün dünya sərgilərində iştirak edən rəssam Müseyib Əmirovun əl işlərinə baxmaq fürsətini əldən verməyən rəssamlığa qiymət verənlər iştirak edirdilər. Maraqlıdır ki, ziyarətçilər qalereyanın üçüncü mərtəbəsini də diqqətsiz qoymadılar, baxış meydançasından ibarət olan üçüncü mərtəbədən Bakının gözəl gecə mənzərəsi açılır. Fotokameraların parıltıları o axşam dayanmadan sayrışırdı. Tədbirin ən qaynar vaxtında adamlar o qədər çoxaldı ki, rəsmlərə yaxınlaşmaq mümkün deyildi, bu rəsmlərin seyrinə dalmış qonaqlar ordan ayrılmaq istəmirdilər. Amma bu amil, sərgisində anşlaq olan Müseyib Əmirovun əl işlərinə böyük marağın olmasını aşkar nümayiş etdirdi.Qeyd etməyə dəyər ki, rəssamın rəsmləri həmin axşam tədbirin açılışının ilk dəqiqələrindən satılmağa başladı. Qalereyanın işçiləri üzərində"satılmışdır" yazılmış vərəqləri rəsm əsərinin lövhəciyinə yapışdırırdılar.Rəssamın şəkilləri yalnız obrazların, personajların və ilk baxışda adi görünən təsvirlərin orijinallığıyla fərqlənmirdi, həm də öz ölçüləriylə fərqlənirdi. Bəzi rəsmlər iki metrdən böyük idi. Rəsmlə və qrafikayla məşğul olan Əmirov, sanki paradokslardan ibarətdir. O, bizi heyfsilənərək və sevinərək, xatırlayaraq və ümid edərək, eyni zamanda həm keçmişdə, həm də gələcəkdə yaşamaq ehtiyacıyla barışmağa nail olur. Rəssam nəhəng dəmir quş hazırlamaq ümidinizi gizlətmir, o quş elə rəssamın özü kimi xəyalpərəstləri Abşeron səmasında qaldırmağı bacaraqdır. Və onlar quş uçuşu hündürlüyündən yarımada gözəlliklərinin seyrinə dalacaqlar. Rəssamın hər işi xüsusi maraq doğurur. Şəxsən mənim diqqətimi "Dənizə aparan yol", "Pirşağı", "Kəpənəklə Dialoq", "Uşaq xatirələri", "Abşeron", "Xəzər dənizində Gecə", "Qadın və zaman", "Uçan hollandiyalı", "Mənim şəhərim", "Qara şəhər", "Təqdim etməzdən əvvəl" və s kimi rəsm əsərləri çəkdi.Tədbirə həmçinin M.V.Lomonosov adına Moskva dövlət universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva baş çəkdi, o, rəssamla birlikdə onun əl işlərinə baxdı və buna dair Əmirovun fikirlərini dinlədi. Paşayevanın tədbirə gəlməsi diqqətdən yayınmırdı. Həmin axşam sərgiyə toplaşmış Televiziya işciləri və fotoqraflar yaxşı kadr çəkmək fürsətini fövtə vermədilər.Tədbirin məşhur qonaqları arasında Azərbaycan komediya aktyoru oldu, rejissor, "Bakılı oğlanlar" KVN komandasının iştirakçısı, Kinematoqrafçılar İttifaqının və Azərbaycan karikaturaçılar Birliyinin üzvü Bəhram Bağırzadə var idi, o, Müseyib Əmirovun əl işlərinin orijinal üslubunu qeyd etdi, həmçinin rəssamın malik olduğu istedadı vurğuladı. "Onun çox maraqlı əl işləri var. Onlardan hər biri bütöv kompozisiya təşkil edir. Qalın kətanda akrillə yazılmış "Mənim şəhərim" rəsmi mənim xoşuma gəldi", Bağırzadən öz fikiriylə bölüşdü.Tədbirin qonaqları arasında olan məşhur Azərbaycan fotorəssamı və "İncəsənət" qəzetinin baş redaktoru Rüstəm Hüseynov, ANN.Az-a müsahibəsində Müseyib Əmirov yaradıcılığının xüsusiyyətləri haqqında danışdı."Müseyib Əmirov müasir etapda Azərbaycanın ən maraqlı rəssamlarından biridir. Onun yaradıcılığı mənim üçün məhz nəyinə görə maraqlıdır. Milli koloritinə və xüsusi unikal üslubuna görə. Əmirovun rəsmlərini bu mövzuda olan başqa rəsmlərdən asanlıqla ayıra bilərsiniz. Orijinal üslubu sayəsində onun əl işləri bədii yaradıcılığın çox maraqlı elementini təşkil edir. Rəssamın hər işində milli kolorit hiss edilir, öz əksini tapır, istər neft və sosial mövzu olsun, istərsə də artist fantaziyası. Bütün əl işlərində milli kolorit iştirak etdiyindən, rəsm əsərinin hansı ölkənin rəssamına məxsus olması o dəqiqə aydın olur. Əgər rəsm əsərini dünyanın istənilən ölkəsi ilə uyğunlaşdırmaq mümkün olduğu təqdirdə, mən kosmopolit yaradıcılığın, qlobal tendensiyanın tərəfdarı deyiləm. Əksinə, rəssamın çəkdiyi rəsm əsərinin onun təmsil etdiyi ölkədən nəsə bir məlumat verməsinin tərəfdarıyam. Birincisi, bu rəssamın fərdi səviyyəsinin təyini üçün çox əhəmiyyətlidir. İkincisi, o, dünya yaradıcılığına milli mədəniyyətin bir hissəciyini əlavə edir ki, bu da çox əhəmiyyətlidir. Məzh belə rəssamların sayəsində Azərbaycan dəyərləri başqa dövlətlərə və rəssamlara aydın olur. Beləliklə, bizim mədəniyyətimizin nailiyyətləri başqa ölkələrin insanları üçün əlçatan olur", Hüseynov dedi.Qonaqlar azaldıqda, mən bütün axşam boyu diqqət mərkəzində olan səbəbkarın özüylə söhbət etməyə qərar verdim. ANN.Az-a müsahibəsində Müseyib Əmirov qeyd etdi ki, bütovlükdə şəkillər illərlə çəkilir. "Bir şəkilin yaradılmasına bir ay, bir il, iki il və daha çox vaxt gedə bilər. Bu çox uzun və mürəkkəb prosesdir. Biz çoxlu əl işlərini ələkdən keçirib, bu sərgi üçün ən yaxşılarını seçdik. Çünki bütün şəkillər ekspozisiyaya daxil ola bilməz. Nəsə seçirsən, nəsə qalır, nədənsə yoxdur. Məsələn, "Uçan hollandiyalı" şəkli il yarım əvəvldən başlanmışdı. Son işlər isə əsasən kömürlə yerinə yetirilmiş qrafik əsasındadır. Bütovlükdə sərgidə 11 rəsm və 6 qrafik vərəqi təqdim edilmişdir", Əmirov dedi.ANN.Az

Xəbər lenti