Nəqliyyat Nazirliyində yeni təyinatlar oldu

Nəqliyyat Nazirliyində yeni təyinatlar oldu

Azərbaycan Nəqliyyat Nazirliyində yeni təyinatlar olub.

 

ANN.Az-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin olunub. Məlumata görə, Xidmətə rəhbər təyin olunan Hüseyn Teymur oğlu Salamov bundan əvvəl Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub. Onun əvvəlki yerinə isə hələlik təyinat olmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu vaxta qədər rəhbərlik edən Çingiz Baxşıyev isə nazirin müşaviri təyin olunub. Bu vaxta qədər həmin vəzifə boş olub.

ANN.Az

Xəbər lenti