Nəqliyyat eksperti: “Karantin qaydalarının sərtləşdirilməsi sərnişin sıxlığına da təsir göstərir”

Nəqliyyat eksperti: “Karantin qaydalarının sərtləşdirilməsi sərnişin sıxlığına da təsir göstərir”
Aprelin 5-dən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçirilir. Artıq insanlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidirlər.

Bəs görəsən xüsusi karantin rejimində qadağaların daha da sərtləşdirilməsi ictimai nəqliyatda sərnişin sıxlığını azaldıbmı?

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşların evdən çıxmaları ilə bağlı məhdudiyyətlərin artırılması ictimai nəqliyyatda sərnişin sıxlığına təsirsiz olmayıb:

"Hazırda vətəndaşlar SMS göndərərək evdən çıxmaq üçün icazə alırlar. Bu xidmətin tətbiqi ümumi nəzarət baxımından vacib məqamdır. Lakin birmənalı şəkildə ictimai nəqliyyatda sərnişinlər arasında sıxlığın yaşanmadığını demək düz olmaz. SMS göndərərək icazə alıb küçəyə çıxan şəxs iki saat ərzində geri qayıtmalıdır. Günün digər saatlarında isə həmin şəxs evində oturur və ictimai nəqliyyatdan istifadə etmir. Amma sırf birbaşa olaraq buna görə ictimai nəqliyyatda sıxlıq yaşanmadığını demək də yanlışdır. Bilirik ki, ictimai nəqliyyatdan istifadə edən insanların əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olanlardır. Bu gün bir çox müəssisələr öz fəaliyyətini dayandırıb. Nəticədə insanların işə getmək üçün ictimai nəqliyyatdan istifadə etmək ehtiyacı yaranmır. Bundan əlavə təhsil müəssisələri də bağlanıb. Əlavə olaraq küçəyə çıxmağa icazənin yalnız məhdud şərtlərlə verilməsi də ictimai nəqliyyatda sərnişin sıxlığına təsir göstərən amillərdən biridir. SMS vasitəsilə evdən çıxmağa icazə almaq istəyən şəxs konkret səbəb göstərməli və mütləq iki saat ərzində evə qayıtmalıdır”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti