Nelson Mandella 95 yaşında vəfat edib

Nelson Mandella 95 yaşında vəfat edib
Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandella vəfat edib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hazırkı prezidenti Ceykob Zumu bəyan edib. Qeyd edək ki, cari ilin iyun ayında Mandella kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Noyabrda CAR hökuməti onun səhhətinin stabil kritik vəziyyətdə olduğunu təsdiqləmişdi. Nelson Mandella CAR tarixində ilk qaradərili prezidenti olub. O 1994-cü ilin may ayından 199-cu ilin iyununadək ölkəni idarəni edib. Aparteid rejiminə qarşı fəal mübarizə apardığına görə ömrünün 27 ilini həbsxanada keçirib. 1993-cü ildə Nelson Mandella Nobel sülh mükafatına layiq görülüb. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti