Neftin qiyməti 150 dolları keçə bilər

Neftin qiyməti 150 dolları keçə bilər
Neftin qiyməti 150 dollar keçə bilər.

Ann.az xəbər verir ki, bu barədə "İndependent” qəzeti yazıb. Qəzet qeyd edir ki, ABŞ və İran arasındakı gərginlik müharibəyə çevrilsə, neftin qiyməti 150 dolları keçəcək.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl Qüds” qanadının komandiri general Qasım Süleymani ABŞ tərəfindən Bağdad hava limanında öldürülüb. Bundan sonra iki ölkə arasında gərngilk pik həddə çatıb. Hər iki ölkə qarşılıqlı ittihamlarla çıxış edir. Artıq neft qiymətləri 70 dollar keçib.

Beynəlxalq ekspertlərə görə, Tehran dünya neft daşımalarının beşdə biri düşən Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.

www.ann.az

Xəbər lenti