Neftimiz neçəyə satılır?

Neftimiz neçəyə satılır?
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi artıb.

Ann.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,24 ABŞ dolları və ya 0,2% artaraq 122,94 dollar təşkil edib.

Ötən həftənin şənbə günü "Brent” markalı neftin bir bareli 114,87 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti