"Neftçi" İsrail klubuna qarşı

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Ann.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi” İsarilin "Bney Yehuda” klubunu qəbul edəcək. "Bakcell Arena”da baş tutacaq görüş saat 21.00-da start götürəcək.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulan "Neftçi” əvvəlcə Moldovanın "Sperantsa”, ardınca Rusiyanın "Arsenal” klublarını mübarizədən kənarlaşdırıb. 

Mübarizəyə III raundan qatılan "Bney Yehuda” isə ikinci dəfə Avropa Liqasında Azərbaycan təmsilçisinə rəqib olub. Komanda 2009/10 mövsümündə I təsnifat mərhələsində hər iki görüşdə "Simurq”u məğlub edib.
 
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun

8 avqust
21.00 Neftçi (Azərbaycan) - Bney Yehuda (İsrail)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
Hakim-inspektor: Kyell Alset (Norveç).
Bakı. "Bakcell Arena”.



www.ann.az

Xəbər lenti