Nazir yeni polis rəisi təyin etdi

Nazir yeni polis rəisi təyin etdi
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə rəis təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Sabir Həsənov təyinat alıb.

Xatırladaq ki, 39-cu polis bölməsinin sabiq rəisi Fazil Zərbəliyev bir müddət öncə vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti