Nazir şöbə müdirini direktor təyin etdi (FOTO)

Nazir şöbə müdirini direktor təyin etdi (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

Ann.az oxu.az-a istindən xəbər verir ki, bu barədə müvafiq əmri nazir İnam Kərimov imzalayıb. 

Əmrə əsasən, Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin edilib.

Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alıb.
 


www.ann.az

Xəbər lenti