Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni vəzifə verdi

Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni vəzifə verdi
Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti