Nazir: “Ermənistan hakimiyyətinin böhrandan düzgün nəticə çıxaracağına inanırıq”

Nazir: “Ermənistan hakimiyyətinin böhrandan düzgün nəticə çıxaracağına inanırıq”
"Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, hökumətin formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq”.

Ann.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bir çoxları böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərir: "Dərin böhrana Ermənistanın on illiklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub”.

XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır.

"Ermənistanın bu sahədəki qərarı öz seçimidir”, - deyə nazir vurğulayıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti