Nazir: "Ödənilən pullar geri qaytarılacaq, 5 il vaxt veriləcək" (VİDEO)

Nazir:
Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin canlı efirində bu məsələ ilə bağlı danışıb.

Sahil Babayev bunu tarixi fərman kimi qiymətləndirib:

"Bu fərman dövlətin əhaliyə dəstəyi kimi qiymətləndirilməlidir. Fərman təxminən 831 min insanı əhatə edir və 2 ana məqsəd güdür. Birinci məsələ devalvasiya məsələsidir. Dövlət 2016-cı ildə baş vermiş devalvasiyadan sonra əhaliyə dəymiş ziyanı kompensasiya edir. Söhbət ana məbləği 10 min dollaradək olan borclardan gedir. Bu borcunu ödəmiş vicdanlı vətəndaşlara da şamil ediləcək və onlara devolvasiya ilə bağlı verdikləri  əlavə ödənişlər geri qaytarılacaq.Yəni borcunu ödəyən və ödəməyən hər kəsə bu fərman şamil ediləcək. Birinci hissə 390 min insanı əhatə edəcək.

Fərmanın ikinci hissəsi devalvasiya və valyuta krediti ilə bağlı olmayan, lakin bir ildən çox gecikdirilmiş, problemli kreditlərlə bağlıdır. Bu fərmandan borcunu qaytara bilməyən 440 min insan  faydalana biləcək. Belə ki, 1 ildən çox problemli krediti olan vətəndaşın bütün borcları silinəcək, məhkəmə işləri qaldırılacaq və ona öz borcunun ana məbləğini ödəmək üçün 5 il vaxt veriləcək.


www.ann.az

Xəbər lenti