Nazir: "BTQ Gürcüstanın nəqliyyat infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq"

Nazir:
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava TRASECA layihəsinin baş katibi Aset Asavbayevlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə TRASECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına yönəldiyi bildirilib.

Tərəflər Gürcüstanın layihədə iştirakını və gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

N.Turnava Gürcüstanda iqtisadi tendensiyalar, planlaşdırılan islahatlar, ölkənin nəqliyyat və loqistika imkanlarının gücləndirilməsi üçün hökumətin qəbul etdiyi qərarlar barədə məlumat verib.



Nazir Gürcüstanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə danışıb.

Onun sözlərinə görə, bu layihələrin yekunlaşdırılmasından və istifadəyə verilməsindən sonra Gürcüstanın nəqliyyat infrastrukturunun imkanları əhəmiyyətli dərəcədə artacaq, həmçinin daşınmaların təhlükəsizliyi də gücləndiriləcək.

Görüşdə "Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.


www.ann.az

Xəbər lenti