Nazir “Bakı-2015”in açılış xərcini açıqladı

Nazir “Bakı-2015”in açılış xərcini açıqladı
Gənclər və idman naziri Azad Rəhimov bir neçə gündür mediada ukraynalı və rus idmançıların davası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

"Qafqazinfo" xəbər verir ki, nazir qeyd edib ki, Ukrayna və Rusiya idmançılarının dava etməsi haqda yayılan məlumatlar tamamilə yalan idi: "Biz bunu axıra kimi araşdırdıq, hər iki tərəf də bunu təkzib etdi. Sonra dedilər ki, guya həmin şəxslər şəhərdə görüşüblər. Bu da qeyri-mümkün idi".

Nazir bildirib ki, açılış mərasiminə 100 milyon manatdan artıq xərc çəkilib: "Dəqiq rəqəm oyunlar bitdikdən sonra açıqlanacaq".

Nazir həmçinin bildirib ki, beş minə yaxın jurnalist akrediasiyadan keçib: "Hansısa jurnalistin akreditasiya müraciəti ölkənin qaydalarına görə cavablanır. Ölkənin işğal olunmuş ərazilərinə səfər edənlərin akreditasiyası qəbul edilmədi. Digər qaydaları pozanlar da vardı. Jurnalistlərin akreditasiyasına təkcə Əməliyyat Komitəsi qərar vermirdi. 

Avropa ölkələri liderlərinin mərasimə qatılmamasının oyunlara mənfi təsir etdiyini yazırlar. Amma İsveçrə, Böyük Britaniya, İtaliyadan və digər ölkələr baş nazir və xarici işlər naziri səviyyəsində mərasimə qatılıblar”. 

***

Assoşeyted Press Agentliyi jurnalistinin "Astriyalı idmançıların qəzası ilə bağlı sürücünün içkili olması araşdırılırmı?” sualına Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq belə cavab verib: "Bu məsələ tam şəkildə araşdırılır. Dünən bununla bağlı ilk açıqlama verilib. İstintaq başa çatmayana qədər ikinci açıqlama verilməyəcək. Sürücünün içkili olması barədə ilk dəfə sizdən eşidirəm”. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti