NATO baş katibi: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətli ölkədir ”

NATO baş katibi: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətli ölkədir ”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda sülh və sabitlik üçün əhəmiyyətli ölkədir”.

APA – nın məlumatına görə, bunu bu gün Brüsseldə keçirilən mətbuat konfransında NATO baş katibi Anders Foq Rasmussen deyib.

 

O qeyd edib ki, Azərbaycan həmçinin NATO üçün önəmli və dəyərli tərəfdaşdır: “Biz NATO-nun əməliyyatlarına siyasi dəstəyinizi yüksək qiymətləndiririk, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinin hazırlığı üçün maliyyə yardımınızına görə minnətdarıq”. 

 

 

Baş katib Azərbaycanın 2014-cü ildən sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinin təliminə dəstək vermək qərarını da alqışlayıb.

 

Rassmusen xatırladıb ki, bu ay “Sülh naminə tərəfdaşlıq” proqramının 20 illiyi qeyd olunur.

 

«Proqramımız demokratik dəyərlərə və prinsiplərə əsaslanır” deyən Rassmusen ümid edib ki, Azərbaycanla əməkdaşlıq bundan sonra da davam edəcək.

 

APA

Xəbər lenti