Natiq Cəfərli səhv etdi, ekspert cavab verdi

Natiq Cəfərli səhv etdi, ekspert cavab verdi
Xəbər verildiyi kimi, Azərbaycanda maye qazın qiyməti artıb. Belə ki, maye qazın satış qiyməti 0,45 manatdan, 0,65 manata qaldırılıb.

Mövzu ilə bağlı iqtisadçi Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, maye qazın qiymətinin bahalaşmasının heç bir iqtisadi əsas yoxdur: "Səmt qazının pulsuz olduğunu nəzərə alsaq, Azərbaycanda həm əhaliyə verilən normal, həm də avtomobillərə vurulan sıxılmış qaz çox ucuz olmalıdır”.

Bu açıqlamadan aydın olur ki, tanınmış ekspert səmt qazı ilə maye qazı (LPG - Liquefied Petroleum Gas - Mayeləşdirilmiş neft qazı) səhv salır. 

Qeyd etmək lazımdır ki, maye qaz səmt qazından deyil, xam neftin fraksiyası və təzyiq altında mayeləşdirilməsi ilə alınır. Maye qaz neft emalı zavodlarında istehsal edilir. Azərbaycanda bu məhsulun istehsalçısı Heydər Əliyev adına Neft Emalı Zavodudur. Lakin maye qazın qiyməti dövlət tərəfindən deyil, təchizatçı şirkət tərəfindən tənzimlənir. Maye qazın qiymətinin artımı isə son dövrdə bazarda bu məhsula olan tələbat artımı ilə əlaqələndirilir. Səmt qazı isə xam neftin bir hissəsi kimi və ya onun digər tərkib hissələri ilə birlikdə aşkar edilmiş təbii qazdır.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov da Report-a səmt qazı ilə maye qazın bir-birindən tamamilə fərqli olduğunu qeyd edib: "Səmt qazı neftlə birgə hasil edilən qazdır. Onun tərkibində 30%, 40%, 50% metan olur, qalanı havadır. Maye qaz isə propan qazıdır. Ağır karbohidrogenlərdəndir. Metan qazının istilikdüzəltmə qabiliyyəti 8500 kkal-dır. Yəni bir kubmetr hava yananda 8,5 kkal istilik alınır. Maye qaz yananda 23-24 min kkal istilik alınır. Bunlar tamamilə bir-birindən fərqlənir. Propan maye halındadır”.

www.ann.az

Xəbər lenti