Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır”MÜSAHİBƏ

Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır” – MÜSAHİBƏ
Rüstəm Qasımov

ANN.Az xəbər portalı azərbaycanlı yazıçı, publisist, blogger, "Nərgiz” jurnalının kontributeri, əsəri Milli Kitab Mükafatına düşən ilk qadın yazıçı olan Natella Osmanlıyla müsahibəni təqdim edir. 

- Natella xanım ilk dəfə əsərinizi nəşr etdirmək fikri ağlınıza nə vaxt gəlib?

- Deyəsən 2004-cü ildə mənim fərqimə vardılar. Moskva nəşriyyatı "Elf İPR” dünyanın müxtəlif ölkələrindən olan yazıçıların hekayələri yer alan "Qadın baxışı” almanaxını buraxdı. 2008-ci ildə isə "Bakı və ətrafları - 1” kitabı nəşr edildi. 
 


- Oxuculardan məktublar alırsınızmı? Onlar nə yazırlar? Əsərlərinizdə mürəkkəb məqamlar var, onları başa salmağı istəyən olubmu?

- Hələlik başa salmağımı istəyən olmayıb. Ola bilsin, bunu ürəyində istəyən olub, ancaq müraciət edən olmayıb. Ancaq öz təəssüratlarını bölüşürlər. Bu gün "Mən yaramaz”am kitabımın qəhrəmanı haqda sanki canlı insanmış kimi danışdıq. 

Qadınlarla kişilərin münasibəti tamam fərqlidir. Mənə çox təəccüblü gəlir ki, kişilər qadın nəsrinə maraq göstərirlər, yəqin nəsə tanış bir şeylə rastlaşmaq, başa düşmək istəyirlər. 

- Sizin hekayələriniz tez-tez rəssamlıqdakı abstraksionizmlə assosiasiya olunur. Bu barədə fikrinizi öyrənmək istərdik...

- İlk dəfədir eşidirəm. Mənə post-modernistlər, məsələn, Tuluz Lotrek yaxındır. Fikrimcə, Lotrekin texnikası və üslubu mənim yazdığımla üst-üstə düşə bilər, dəqiq qəfil təsvirlər, narıncı, sarı, bənövşəyi mənzərələr və s. Mən ümumiyyətlə uşaqlıqdan sözləri, hərfləri rəng adlarıyla qavrayıram, ilin mövsümlərinin, əhvalın və əlbəttə ki, musiqinin öz rəngləri var. 
 


- Sizin "Facebook” səhifənizə nəzər salanda, foto çəkdirməyin xoşunuza gəldiyini fərq etdim. Fotoya maraq hardandır? 

- Fotoqrafiya – anın sənədli təsdiqidir. Bundan artıq heç nə. Fotoqraflar mənimlə işləməyi sevirlər, tezliklə istənilən obraza düşə bilirəm. Ümumiyyətlə, bu qəribə sualdır. Hər insan öz gününü necə bacarır və istəyirsə elə göstərir. Mənim sosial şəbəkədəki hesabın çoxtərəflidir, burda həm fotolar, həm yüngün selfilər, həm mürəkkəb, həm qeyri-mürəkkəb mətnlər və musiqlər paylaşılır. Bütün bunlar mənim dünyanı necə qəbul etdiyimin ümumi göstəricisidir. 

- Öz zahirinizlə eksperimentlər etməyi sevirsinizmi?

- Əvvəllər sevirdim, ancaq indi seçimlərim müəyyəndir. Ancaq obrazlara girmək, kino assosiasiyalarla, müxtəlif epoxalara aid tərzlərlə oynamaq hər zaman maraqlıdır. Və heç də vacib deyil səndən və bir neçə estetdən başqa heç kim başa düşməcək ki, "Şahidə İttiham”dan Marlen Ditrizin autfitini, yaxud bir müddət əvvəl ekranlara çıxan "A.N.K.L. Agentləri”ndən Viktoriya Vinçihuerin bərbəzəyini olduğu kimi götürmüsüz – hissin özü pozitivlik bəxş edir. 
 


- Bəs sizin hansısa kino aktrisanın, yaxud hansısa rəssamın sevdiyiniz obrazı varmı? 

- Bəli elə qadınlar var, onların zahiri görkəmindən zövq alıram. Məsələn, Linda Yevangelistin gözəlliyini etalon hesab edirəm, "Freedom 90” klipində onun obrazı qadın möhtəşəmliyinin zirvəsidir, elə "papaq” filmində Şeron Stounun obrazı da. Uşaq vaxtı bu qadağan olunmuş filmə baxmağı sevirdim, açıq səhnələr çox olduğu üçün valideynlərdən gizli baxmalı olurdum.  Şeron Stoun məxməri paltarda Uilyam Bolduinin canlandırdığı obrazla görüşə gedir. Neçə illər belə qiyafəyə yiyələnməyi arzulamışam, illər sonra isə saytlardan birində onun bənzəriylə rastlaşdım. Alanda, sevincimdən ölürdüm (gülür).

- Bir müddət əvvəl sizin yeni kitabınız "Mən yaramazam”ın təqdimatı baş tutdu. Necə düşünürsüz, oxucularınız kitabınızı almalıdırmı? Kitabınız haqda biraz danışardınız...
 


- Mən çox sayda təşkilatın və ticarət markalarının marketinqi və piarıyla məşğul oluram. Öz işlərimi isə reklam edə bilmirəm. Saç ustası necə öz saçını kəsə bilmirsə, elə. Ancaq onu deyə bilərəm ki, mistisizm, ezoterika, kastenedaist, hətta kvant mexanikası  elementləriylə bol birinci kitabdan fərqli olaraq, "Mən yaramazam” kitabı asan oxunan, əyləncəli kitabdır. Hansısa fəlsəfədən arınmış, asan süjetli, asan razvyazkalı kitabdır. 

- Təqdimat mərasimindən razı qaldınızmı?

- Əla keçdi, təşkilatçılar böyük iş gördülər. Təqdimat mərasiminin baş tutduğu "İnturist” mehmanxanası o qədər rahat, o qədər komfortludur ki, təkrar-təkrar ora qayıtmaq istəyirəm. Bundan əlavə, mən təqdimatda çıxış edən Amerikadan olan əla duetlə, "Stacy Carter and Something Special” ilə tanış oldum. 

- Kitabsevərlər əsərinizi hardan tapıb oxuya bilərlər?

- Kitab artıq "Əli və Nino” mağazalar şəbəkəsində satılır, sonra onun digər yerlərdə də almaq mümkün olacaq. 

- Siz öz tərzi, zövqü olan, müasir qadınsınız. Bizim vətəndaşlarımız tez-tez qara rəng geyinməyi üstün tuturlar. Sizcə, bu nə ilə əlaqədardır? 

- Komplimentə görə təşəkkür. Yeri gəlmişkən, mən özüm də qara rəngi sevirəm və özümü onda rahat hiss edirəm. Proporsiyalarla və ipəyin fakturasıyla düzgün davranılsa, qara rəng möhtəşəmcəsinə eleqantdır. Təqdimat üçün hazırlanan, ancaq geyinilməyən qiyafələrimdən biri qara rəngdə idi. Mənim 5 yeni qiyafəm vardı, təqdimat üçün isə hədiyyə olan qiyafəni seçdim. Hədiyyə alınan zaman ölçülərim, zövqüm nəzərə alınmamışdı, amma o mənə əla yaraşdı.  

- Yazıçılıq sənətindən başqa, siz həm də piar işləriylə məşğul olursunuz. Bu barədə ətraflı danışa bilərsinizmi? 

- İnternetdə rastınıza çıxan bir çox press-relizləri, piar məqalələri və müsahibələri, reklam mətnlərini mən yazıram. Həmçinin SMM layihələrə rəhbərlik edirəm. Mənim komandamdakı həmkarlarım bir çox kafelərin, restoranların, butiklərin, şirkət və bankların səhifələrinə nəzarət edirlər. 

- Hansını daha çox bəyənirsiniz, klassik, yoxsa müasir incəsənəti? 

- Hər ikisini. Bəli indi terminləri tez-tez qarışdırırıq. Məsələn, kine matoqrafiyadakı neoralizm kimi, indi o əsl klassikadır. 

- Hər gün Bulvarda 10 kilometrlik gəzintiləriniz sırf ruh üçün idi, yoxsa fiziki formanı saxlamaq üçün? 

- Ruh üçün şezlonqda, yaxud divanda da uzanmaq olar. Bu əlbəttə ki, yaxşı fiziki forma üçündür. Maksimum 2 saat davam edən gündəlik 10-12 kilometrlik sürətli gəzintilər əla nəticələr verir. Mən arıqlamaqdan danışmıram, çünki ümumiyyətlə arıqlamaq istəmirəm, hətta bundan qorxuram. Ancaq əzələlərin möhkəmliyi və yaxşı nəbz üçün bu yaxşıdır. 
 


-  Bəs Natella Osmanlı hansı musiqiləri üstün tutur? Azərbaycan musiqisini dinləyirsinizmi? 

- Mən müxtəlif janrda musiqilərə qulaq asıram, mənim pleylistimdə həm rok, həm caz, həm rep, həm də pop-musiqi var. Ən sevdiyim musiqiçilərdən biri Arturo Sandovaldır, mən tez-tez günümü "A time for love” albomuyla başa vururam. "Muse”, "Woodkid” qruplarını sevirəm. Corc Maykl, Maykl Cekson, Uitni Hyustonun timsalından 90-cı illərin ortalarının pop-musiqisini sevirəm. Əgər azərbaycanlı musiqiçilərdən danışırıqsa, ilk növbədə əlbəttə ki, Əzizə Mustafazadədir. 

- Yaradıcılığınız üçün ilham mənbəyiniz nədir? 

- Ancaq yaxşı şeylər, pozitiv emosiyalar. Yeni təəssüratlar. Səyahətlər. 

- Və sonda, oxucularınıza nə deyərdiniz? 

- Nə qədər banal səslənsə də, ən vacib olan malik olmağındır. Harmoniya, yaradıcılıq hissiyatıyla dinclik başlayır. 

- Natella xanım, maraqlı söhbətə görə təşəkkür edirik. Sizə yaradıcılığınızda uğurlar və yeni layihələr arzu edirik. 

- Təşəkkürlər!
 



 


www.ann.az

Xəbər lenti