NASA Marsın yeni görüntülərini dərc etdi (VİDEO)

NASA Marsın yeni görüntülərini dərc etdi (VİDEO)

NASA Marsın yeni görüntülərini dərc etdi (VİDEO)
NASA Marsın mənzərəsini əks etdirən yeni görüntülər dərc edib.

Ann.az xəbər verir ki, görüntülər "Curiosity" cihazı vasitəsilə çəkilib.

Panorama Qeyl kraterində Vera Rubin dağ silsiləsindən çəkilmiş şəkillərdən tərtib olunub. Çəkiliş Marsda qış gündönümünə az qalmış aparıldığına görə, planetdə səma aydın olub ki, bu da kadrlarda bir çox detalların əldə olunmasına şərait yaradıb.

"Curiosity" öz kimyəvi laboratoriyası olan üçüncü nəsil özüyeriyən aparatdır. O, Marsa 2012-ci ilin 6 avqustunda endirilib. 2018-ci ilin əvvəlinədək "Curiosity" planetdə 18 km yol qət edib.

www.ann.az

Xəbər lenti