Narkotik asılılığından necə qurtulmaq olar? - Bu bəladan xilas olan şəxs danışır (VİDEO)

Narkotik asılılığından necə qurtulmaq olar? - Bu bəladan xilas olan şəxs danışır (VİDEO)
Ölkədə narkomaniyanın geniş yayılması güc strukturları ilə yanaşı, cəmiyyəti də hərəkətə gətirib. 

ANN.az xəbər verir ki, sosial şəbəkələrdə narkomaniyaya qarşı mübarizədə müvafiq qurumlara yardım etmək üçün vətəndaşlara çağırışlar edilir. 

Narkomaniyaya qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutları da qoşulub. Bu sırada Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin adını çəkmək olar. Təşkilat gənclərin narkotikə meyllənməsinin qarşısını almaq maarifləndirici çarxlar hazırlayır. Bu çarxlarda narkotik maddələrin fəsadları vaxtilə bu bəlaya yoluxmuş şəxslərin dilindən cəmiyyətə çatdırılır. Həmçinin videoçarxlarda narkotik asılılığından qurtulmağın mümkünsüzlüyü barədə iddiaların əslində əsassız olduğu konkret nümunələrlə ictimaiyyətin diqqətinə çatdırılır.

Həmin çarxlardan birini təqdim edirik:


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti