Nakam şairin adını daşıyan Müşfiqabaddan FOTOLAR

Nakam şairin adını daşıyan Müşfiqabaddan FOTOLAR
Mərhum şair nə sevgilisinin bu bağa köçməsinə razı olardı, nə də o bağa qonşu olmaq istərdi.

Bura Bakı şəhərinin Qaradağ rayonunda yerləşən və xalq şairi Mikayıl Müşfiqin adını daşıyan qəsəbədir.

Qəsəbənin tikintisinə 1980-ci ildən start verilib və 1988-ci il aprelin 20-dən böyük Azərbaycan şairinin adını daşımağa başlayıb. Yaşayış massivinin girişində şairin büstü qoyulub və abidənin ətrafında kiçik bağ, içərisində isə çayxana tipli məkan fəaliyyət göstərir. Bağa daxil olarkən baxımsızlıq, abidənin ətrafındakı daşların, eləcə də yerə döşənmiş daşların yerindən qopub düşməsi, nə vaxtsa qalanmış ocağın qaralmış yeri diqqəti cəlb edirdi.
Qəsəbə ilə bağlı fotosessiya hazırlayan ANN.Az xəbər portalının əməkdaşı vəziyyətlə bağlı qəsəbə sakinlərinin münasibətini öyrənməyə çalışıb. Amma onlar müsahibə verməkdən çəkiniblər. Bağın təmizlik işlərindən məsul olan, lakin kameraya düşməkdən imtina edən şəxs bizə yalnız təmizlik məsələlərindən məsul olduğunu, təmir-tikinti işlərinə cavabdehlik daşımadığını bildirib.

Acınacaqlı durumla bağlı qəsəbənin bələdiyyə sədrindən münasibət öyrənmək məqsədilə əməkdaşımız bələdiyyə binasına da baş çəkib, amma bələdiyyə sədrini yerində tapmaq mümkün olmayıb. Sonradan bələdiyyə sədri ilə telefon əlaqəsi saxlanılsa da, qurumdan sadəcə bu açıqlama verilib: "Bələdiyyənin fəaliyyəti yeni olduğundan qəsəbə ilə bağlı bütün problemlər, həmçinin  şair Mikayıl Müşfiqin abidəsinin ətrafındakı bağın təmiri  tezliklə öz həllini  tapacaq". Bizə sadəcə ümid etmək, həm də acınacaqlı durumu oxuculara təqdim etmək qalır.

ANN.Az böyük Azərbaycan şairi Mikayıl Müşfiq adına qəsəbədən hazırlanmış fotosessiyanı oxuculara təqdim edir:

Fotoların müəllifi: Fərqanə Novruzova
 
 
 
 









 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti