Mustafa Dənizli “Xəzər Lənkəran”da!

Mustafa Dənizli “Xəzər Lənkəran”da!

Mais Mənsimov: "Danışıqlardan sonra ola bilsin Mustafa bəylə müqavilə imzalansın"“Xəzər Lənkəran” klubunun yeni baş məşqçisinin adı bəlli olub. ANN.Az apasport.az-a istinadən xəbər verir ki, "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov bildirib ki, Topaz Premyer Liqasındakı uğursuz çıxışlar üzündən istefa verən Con Toşakı tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizli əvəzləyəcək:“Dənizli bu gün ölkəmizə gələcək. O, günorta saatlarında Türkiyədən birbaşa Lənkərana gəlib, klubun bazası, şəraiti ilə tanış olacaq. Danışıqlardan sonra ola bilsin Mustafa bəylə müqavilə imzalansın”.64 yaşlı türkiyəli məşqçi zəngin karyeraya malikdir.Futbolçu kimi uzun illər “Altay”da (1966-1983) çıxış edən Dənizli “Qalatasaray”da (1983-84) oynadıqdan sonra karyerasını bitirib. Türkiyə millisində 10 oyunda 2 qol vuran sabiq hücumçu məşqçilik karyerasına “Qalatasaray”da başlayıb. 1987-89 və 1990-92-ci illərdə bu klubu çalışdıran mütəxəssis Türkiyə yığması (1996-2000), “Fənərbaxça” (2000-01), “Beşiktaş” (2008-10) kimi komandalara da rəhbərlik edib. Bundan başqa, bir sıra Türkiyə və xarici klublarda çalışan Dənizlinin son komandası bu il ayrıldığı “Çaykur Rizəspor” olub.Qeyd edək ki, Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olub. 1988-ci ildə “Qalatasaray”, 2001-də “Fənərbaxça”, 2000-ci ildə isə “Beşiktaş” onun rəhbərliyi ilə Superliqanın qalibi olub. ANN.Az

Xəbər lenti