Müslüm Maqomayevin heykəli Heydər Əliyev Fondu tərəfindən hazırlanır

Müslüm Maqomayevin heykəli Heydər Əliyev Fondu tərəfindən hazırlanır
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin heykəlinin ucaldılması prosesinin uzanmasına münasibət bildirilib.

O, "Report"a açıqlamasında bildirib ki, korifey sənətkarın heykəlinin ucaldılması ilə bağlı müsabiqə keçirilib.

"Heykəl Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heykəlin tam hazır olduğunu demək çətindir. Heykəl tam hazır olanda ictimaiyyətə təqdim ediləcək", - E.Əzizov vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ilin martın 12-də "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti