Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar

Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar

Azərbaycan Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?” adlı iki hissəli komediyası 25-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşa iki ildən çoxdur Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 6 may 2013-cü ildə keçirilib. "Kimdir müqəssir?”in 25-ci nümayişi isə 20 noyabr tarixində saat 19.00-da baş tutacaq. Azərbaycanın böyük klassiklərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi keşməkeşli təkamül yolunu incə bir yumorla qələmə alıb...
 
"Kimdir müqəssir?” tamaşası 2014-cü ildə 10-19 sentyabr tarixlərində keçirilən I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və Fəxri diplomla təltif olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova və Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərindəki musiqilər Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq” Ritm Qrupunun ifasında səsləndirilir. Tamaşada rolları Əməkdar artistlər Çingiz Əhmədov, Fəridə Məlikova, aktyorlar Hüseyn Əlili,  Elməddin Dadaşov və Gültac Əlili ifa edirlər.
 




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti