Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır

Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır

2015-ci il yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Musiqili Teatrı artıq qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına start verib.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Dövlət Musiqili Teatrında "Yeni İl” şənliklləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu ildə Dövlət Musiqili Teatrının təşkil etdiyi "Yeni İl” şənlikllərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni İli birlikdə qarşılayacaqlar. Və ən əsası balaca tamaşaçılar teatrın hazırladığı nağıl-tamaşanı izləmək imkanı qazanacaqlar. Bir sözlə balacaları, Azərbaycan Dövlət Musiqili Teatrının təşkil etdiyi "Yeni İl” şənlikllərində uzun müddət unada bilməyəcəkləri əyləncəli, maraqlı, sürpriz dolu anlar gözləyir.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti