Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edəcək - Fotolar

Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edəcək - Fotolar

Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur. Musiqili Teatr A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yubiley tədbirləri çərçivəsində 20 oktyabr saat 18.00-da Mərdəkan Mədəniyyət Evində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. A. Bəşirqızı günümüzlə səsləşən, gülməli olduğu qədər də kədərli olan "Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər.
 




www.ann.az

Xəbər lenti