Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi: "Məlumat yalandır"

Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi:
"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır".

Bu barədə Ann.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti