Müsavat Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi

Müsavat Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi
Müsavat Partiyası Qadınlar Təşkilatının sədrliyinə seçkilər keçirilib. Bu barədə APA-ya məlumat verən partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, səsvermədə 92 təşkilat üzvü iştirak edib və sədrliyə 2 namizəd irəli sürülüb. Ellada Məmmədli və Vəfa Cümşüdlü sədrliyə namizəd olublar. Səsvermənin nəticələrinə əsasən, Ellada Məmmədli 51 səs toplayaraq, Qadınlar Təşkilatının sədri seçilib. Vəfa Cümşüdlü isə 37 səs alıb.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti