Moskvada miqrantların ən çox yaşadığı ərazilər - SİYAHI

Moskvada miqrantların ən çox yaşadığı ərazilər - SİYAHI

Moskvada miqrantların yaşadığı əsas yerlər əsasən paytaxtın mərkəz hissələrindədir. 

ANS PRESS-in məlumatına görə, bu barədə “Kommersant” qəzeti Rusiya Federal Miqrasiya Xidmətinin qeydiyyat siyahısına istinadən məlumat verib.

Rusiyada, xüsusən də Moskvada qeyri-qanuni miqrasiya məsələsi iyulun sonunda “Matveev” bazarı və oktyabr ayında Qərbi Biryulevoda meyvə-tərəvəz bazarı bağlandıqdan sonra daha çox gündəmə gəlib.

Qəzetin yazdığına görə, Qərbi Biryulevoda “Pokrovskaya” bazarında 11,19 min nəfər, Şərqi Biyulevoda 2,12 min, hər il “Rus marşı”nın keçirildiyi Lyublinoda “Sadovod” bazarında 23,21 min, Marinoda 2,44 min, Oçakovo-Matveyevskidə “Matveyev” bazarında 4,41 min miqrant var. 

Qastarbayterlərin sayına görə, Tver rayonu birinci yerdədir-burada 191, 34 nəfər gəlmə qeydiyyata alınıb. Meşşan rayonunda miqrantların sayı 79,41 min nəfərdir. Burada yaşayan əhalinin sayı miqrantlardan azdır - 55,1 min nəfər. Basman rayonunda 100 min nəfər əhalinin 61,39 nəfəri miqrantdır. Statistikaya görə, Taqan rayonunda 105 min nəfər əhali qeydiyyata alınıb ki, bunlardan da 38, 73 nəfərini gəlmələr təşkil edir.

ANN.Az

Xəbər lenti