Moskva bazarında xüsusi əməliyyat

Moskva bazarında xüsusi əməliyyat
Moskvanın "Sadovod" bazarında qeyri-leqal miqrasiya və cinayətkarlıqla mübarizə üzrə genişmiqyaslı profilaktik tədbirlər keçirilir.Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, "Sipər" əməliyyatı mütəşəkkil cinayətkarlıq, qeyri-leqal miqrasiya, qanunsuz qumar biznesi ilə mübarizəyə qarşı yönəldilib.RF DİN-in Moskva Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bu gün "Sipər-2" əməliyyatı çərçivəsində Moskva polisi "Sadovod" bazarında operativ-profilaktik tədbirlər keçirir. Qanunsuz miqrasiya, silah, narkotik və saxta məhsulların qanunsuz dövriyyəsi faktları aydınlaşdırılacaq.Xatırladaq ki, oktyabrın 28-də "Sadovod" bazarında Moskva bazarlarının dekriminallaşdırılması tədbirləri çərçivəsində əməliyyat keçirilib. Yoxlama tədbirləri bazardakı ticarət mərkəzinin işinə təsir etməyib, ticarət nöqtələrinə giriş məhdudlaşdırılmayıb. Polis əməkdaşları bazar ərazisində vətəndaşların, həmçinin ticarətçilərin və işçilərin sənədlərini yoxlayıblar.

ANN.Az

Xəbər lenti