Moody’s Azərbaycanın reytinqini təsdiq edib

Moody’s Azərbaycanın reytinqini təsdiq edib
"Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın emitetin uzun müddətli reytinqini və əsas qorunmayan borc üzrə reytinqini Ba2 səviyyəsində təsdiq edib. 

"Report”un agentliyə istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz sabit olaraq qalıb.

Eyni zamanda Agentlik Cənub Qaz Dəhlizi (SGC) Azərbaycan hökuməti tərəfindən dəstəklənən qorunmayan istiqrazlarının reytinqini Ba2 səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz isə sabit olaraq qalıb.

Azərbaycanın uzunmüddətli yerli valyutada istiqraz və depozit tavanı dəyişməz olaraq Ba2, xarici valyutada uzunmüddətli istiqraz reytinqi Ba2, xarici valyutada uzunmüddətli depozit tavanı isə Ba3 səviyyəsində müəyyənləşib.

"Moody’s” Azərbaycanın reytinqlərini bu səviyyədə müəyyən edilməsinin 3 əsas səbəbini açıqlayıb: "Hökumətin artan xalis kreditor mövqeyi davam edən maliyyə islahatları ilə dəstəklənir. İkincisi bank sektorunda risklər mərhələli şəkildə azalmağa davam edir, amma hələ də maliyyə sistemi kövrəkdir. Üçüncüsü isə iqtisadi şaxələnmə üçün məhdud gözləntilər və iqtisadiyyatın absorbsiya imkanlarına limit qoyan institusional sədlər reytinqi təsdiq etmək üçün əsas göstəricilərdir”.

www.ann.az

Xəbər lenti