Mobil nömrələr nə vaxt daşına bilər? - Tarix açıqlandı

Mobil nömrələr nə vaxt daşına bilər? - Tarix açıqlandı
Azərbaycanın mobil rabitə xidmətləri sektorunda Mobil Nömrələrin Daşınması (Mobile Number Portability - MNP) prosesinə başlamaq üçün hazırlıq gedir.Artıq gələn il yanvar 1-dən etibarən tamamilə bu sistemə keçidin həyata keçirilməsi nəzərdə tutulub. Bunu «APA-Economics»ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.Onun sözlərinə görə, artıq mobil operatorlarla bu istiqamətdə danışıqlar gedir: «İstehsalçı şirkətlər də avadanlıqlarla təchiz edilib. Artıq yanvarın 1-dən mobil nömrələrin daşınması xidmətinin tamamilə başlanmasını gözləyirik. Hazırlıq işlər yüksək səviyyədə görülür və həmin vaxta qədər bunu çatdıracağıq».ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti