MN-dən Tonoyana cavab: "Ermənistan Müdafiə Nazirliyi ilə heç bir rabitə yoxdur"

MN-dən Tonoyana cavab:
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib.

Müdafiə Nazirliyindən Ann.az-a bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil: "Düşənbədə əldə olunmuş razılığa əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan bu gün bəyanatla çıxış edib. D.Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

www.ann.az

Xəbər lenti