Misirin sabiq baş naziri həbs edildi

Misirin sabiq baş naziri həbs edildi
Misirdə keçmiş hökumət rəhbəri Hişam Qəndil ötən gün axşam saatlarında həbs edilib. APA-nın “Əl Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Hişam Qəndil Məhəmməd Mursinin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışıb. O, ötən gün axşam saatlarında paytaxt Qahirənin ətrafındakı evlərin birində saxlanılıb. Məlumata görə keçmiş baş nazir artıq “Müsəlman qardaşlar” hərəkatının bir çox liderlərinin saxlanıldığı Tora həbsxanasına yerləşdirilib.  Bəzi məlumatlara görə, o qonşu Sudana qaçmağa hazırlaşırmış.  ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti