Mişel Platini üçün Bakıdan Tiflisə maşın apardılar

Mişel Platini üçün Bakıdan Tiflisə maşın apardılar
UEFA Superkubok matçının keçirildiyi Tiflisə səfəri zamanı UEFA prezidenti Mişel Platini onun üçün xüsusi olaraq Bakıdan gətirilmiş avtomobil ilə hərəkət edib.

Oxu.az Qruziya Onlayn-a istinadən xəbər verir ki, UEFA prezidentinə Azərbaycandan Nissan Patrol markalı avtomobil gətirilib.

Tiflisdə olan zaman Platininin şəxsi sürücüsü gürcü basketbolçusu Zviad Atadze olub.

Xatırladaq ki, Superkubok uğrunda mübarizədə "Barselona” əlavə vaxtda "Sevilya”ya 5:4 hesabı ilə qalib gəlib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti