Mirmahmud Mirəlioğluya ağır itki üz verib

Mirmahmud Mirəlioğluya ağır itki üz verib
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib.AzNews.az-ın məlumatına görə, M. Mirəlioğlunun yaxın qohumları - əmisi oğlanları Hacı Mirsütun Əzizov və Hacı Ramazan Babayev avtomobil qəzası zamanı həlak olublar. Hadisə Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində baş verib. M.Əzizovun idarə etdiyi "VAZ-21145” markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişin – R.Babayev qəza zamanı keçiniblər. Qeyd edək ki, M. Mirəlioğlunun ötən il qızı dünyasını dəyişib. Ondan əvvəl isə gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.ANN.Az

Xəbər lenti