Milyonçular şəhərinin dilənçiləri - FOTOLAR

Milyonçular şəhərinin dilənçiləri - FOTOLAR
Kimlərinsə təbiri ilə desək, Bakı günü-gündən böyüyür, gözəlləşir. Amma heç bir mübaliğə olmadan əlavə edək ki, paytaxt küçələrində günü-gündən onların sayı da çoxalır - dilənçilərin. Qadın, kişi, uşaq, sağlam, yaxud fiziki əngəlli...

Onlarla mübarizə aparanlar da çoxdur, əlbir olub pul qazananlar da...

Aralarında həqiqətən də pula ehtiyacı olan da çoxdur, özünü saxtakarlığa vurub dilənçilik etməklə var-dövlət qazanan da...

Utana-utana əl açan da var, dilənçiliyi özünə peşə seçən də...

Xatırladaq ki, az sonra Bakıda I Avropa Olimpia Oyunlarına start veriləcək və paytaxt əcnəbi qonaqlarla dolub-daşacaq. Görəsən, onlar Bakı dilənçilərinin sayının bu qədər çox olduğunu görüb nə fikirləşəcək? Yoxsa, Bakı polisinin onların ortalıqda görünməməsi üçün tədbiri var?  

ANN.Az-ın fotomüxbiri Bakı dilənçilərindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik:
 
Fotoların müəllifi: Fərqanə Novruzova
 
 














 

Xəbər lenti