Millimizin futbolçusu ABŞ-da 6-cı qolunu vurdu (VİDEO)

Millimizin futbolçusu ABŞ-da 6-cı qolunu vurdu (VİDEO)
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib. 

Ann.az xəbər verir ki, futbolçumuzun komandası "Las-Veqas Layts"ın qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb.

Rüfət Dadaşov start heyətində meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz 5-ci dəqiqədə matçın ilk qolunu vurub. 

Qeyd edək ki, bu Rüfət Dadaşovun cari mövsümdə keçirdiyi 9-cu oyunda 6-cı qolu olub. 

Onu da qeyd edək ki, "Finiks Rayzinq" 9 oyundan sonra 20 xalla B qrupunun lideridi.

Tərəfdaşların xəbərləri

Xəbər lenti