Milli Şuranın sessiyası yanvara qaldı

Milli Şuranın sessiyası yanvara qaldı
“Ötən həftə Milli Şuranın sədr aparatı formalaşdırıldı. Qarşıda koordinasiya şurasının formalaşdırılması məsələsi durur”. Bu barədə Modern.az-a Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib. Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Şurasının formalaşdırılması ilə bağlı işlər görülür: “Müzakirələr davam edir. Bundan sonra isə komissiyaların formalaşdırılmasının başa çatdırılması və komissiyalarda işçi bir mühitin bərqərar edilməsi istiqamətində addımların atılması nəzərdə tutulub. Bütün bu işlərin növbəti sessiyaya qədər başa çatdırılması planlaşdırılır”.C. Həsənli Milli Şuranın növbəti sessiyasının yanvarda olacağını bildirib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti