Milli Məclisin Sədr müavini: “Hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”

Milli Məclisin Sədr müavini: “Hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”
"Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

"Report” xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər düşmənləri var:

"Belə bir məqamda bizim özümüzdən başqa, bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxmaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti