Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda 125 deputatdan 93 nəfər iştirak edir.

İclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Tibbi sığorta haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” və "Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunlara dəyişiklik, "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik, "Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” və "Quru limanlar haqqında” hökumətlərarası sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanun layihələri, "Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” layihə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsidir.

Eyni zamanda gündəliyə bir neçə hökumətlərarası  saziş daxil edilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti