Milli Məclisin Aparatı buraxıldı

Milli Məclisin Aparatı buraxıldı
"Azərbaycan parlamentinin Aparatı buraxılıb".

Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti