Milli Məclis 6 sənədi II oxunuşda qəbul etdi, sabah III oxunuş olacaq

Milli Məclis 6 sənədi II oxunuşda qəbul etdi, sabah III oxunuş olacaq
Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.

İclasda 6 qanun layihəsi müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib. Bunlar aşağıdakılardı:

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

"Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

"Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

"İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Sabah – avqustun 7-də sadalanan sənədlər növbədənkənar sessiyanın sonuncu iclasında III oxunuşa çıxarılacaq. //Modern.az

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti