Millətlər Liqası: Azərbaycan və Türkiyənin rəqibləri müəyyənləşdi

Millətlər Liqası: Azərbaycan və Türkiyənin rəqibləri müəyyənləşdi
Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Ann.a xəbər verir ki, tədbir Niderlandın paytaxtı Amsterdamda baş tutub.
 
Yarış yeni formatda keçiriləcək. 2020/21 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mücadilə edəcək. D divizionunda isə ən zəif 7 yığma münasibətlərinə aydınlıq gətirəcək.

Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. Millimiz D liqasında qrupda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi. Ancaq islahatlar sayəsində təmsilçimiz C liqasına yüksəlib.

C liqasında mübarizə aparan Azərbaycan millisi 1-ci qrupa düşüb. Komandamız Lüksemburq, Cənubi Kipr və Monteneqro mübarizə aparacaq.

B liqasında yarışacaq Türkiyə 3-cü qrupda Rusiya, Serbiya və Macarıstana rəqib olub.

A Liqası

I qrup
Hollandiya
İtaliya
Bosniya və Herseqovina
Polşa

II qrup
İngiltərə
Belçika
Danimarka
İslandiya

III qrup
Portuqaliya
Fransa
İsveç
Xorvatiya

IV qrup
İsveçrə
İspaniya
Ukrayna
Almaniya

B Liqası
 
1-ci qrup
Avstriya
Norveç
Şimali İrlandiya
Rumıniya

2-ci qrup
Çexiya
Şotlandiya
Slovakiya
İsrail

3-cü qrup
Rusiya
Serbiya
Türkiyə
Macarıstan

4-cü qrup
Uels
Finlandiya
İrlandiya
Bolqarıstan

C Liqası

1-ci qrup
Azərbaycan
Lüksemburq
Cənubi Kipr
Monteneqro

2-ci qrup
Ermənistan
Estoniya
Şimali Makedoniya
Gürcüstan

3-cü qrup
Moldova
Sloveniya
Kosovo
Yunanıstan

4-cü qrup
Qazaxıstan
Litva
Belarus
Albaniya

D Liqası
 
1-ci qrup
Malta
Andorra
Latviya
Farer adaları
 
2-ci qrup
San-Marino
Lixtenşteyn
Cəbəllütariq

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr
II tur: 6 - 8 sentyabr
III tur: 8 - 10 oktyabr
IV tur: 11 - 13 oktyabr
V tur: 12 - 14 noyabr
VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2-6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdı. 


www.ann.az

Xəbər lenti