Millət vəkili icra başçısı təyin edildi

Millət vəkili icra başçısı təyin edildi
Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Ann.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezident Elşad Eldar oğlu Həsənovu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Elşad Həsənov millət vəkilidir.
 
İlham Əliyev Rafiq Çəpərxan oğlu Quliyevi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. O, indiyədək Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tuturdu.

Xəbər lenti