Metyu Brayza: Azərbaycanla dostluğu pozmaq olmaz - CNN

Metyu Brayza: Azərbaycanla dostluğu pozmaq olmaz - CNN
Bu məqalənin müəllifi Metyu Brayza ABŞ-ın Azərbaycanda keçmiş səfiri olub və hazırda Estoniyada Müdafiə və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru və Atlantik Məsləhət Şurasının Avrasiya Mərkəzinin böyük elmi işçisidir. Məqalədə qeyd olunanlar müəllifin şəxsi fikirləridir.
“Qərbin müttəfiqi olan Azərbaycanda keçirilən prezident seçkisi beynəlxalq standartlara uyğun deyilsə, biz onunla əməkdaşlığı pozmalıyıqmı? Və ya biz ayıq başla baxa bilərik ki, ümidlərimizin doğrulması üçün bu ölkəyə necə kömək edək?
Bax, Azərbaycanda bu yaxınlarda keçirilmiş prezident seçkisiylə əlaqədar qaldırılmalı olan əsas sual budur. Qədim sivilizasiyalı Azərbaycan Sovet İttifaqı dağılandan və müstəqillik əldə etməsindən cəmi 22 il sonra başgicəlləndirici müasirləşmə yaşayır.
Əlbəttə, prezident İlham Əliyev üçüncü müddətə prezident seçilərkən elə ciddi rəqabətlə qarşılaşmadı, bu seçki Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan müşahidəçilərin kəskin tənqidinə məruz qaldı. Mərkəzi Seçki Komissiyasında səsvermənin ilkin nəticələri səsvermədən əvvəl çıxdı, guya smartfon proqramının istehsalçısı seçkinin yanlış nəticələriylə öz proqram təminatını sınaqdan keçirdi.
Amma bu, hekayənin yalnız bir hissəsidir. Prezident İlham Əliyev həqiqətən də məşhurdur. İki il əvvəl, mən ABŞ-ın Azərbaycandakı səfiri olarkən, müstəqil sorğular Əliyevin nüfuzunun 83-86 faiz arasında tərəddüd etdiyini göstərirdi. Bu rəqəmlər ola bilsin, qərb siyasi liderləri üçün təsəvvürə gəlməzdir, amma bu rəqəmlər Azərbaycan vətəndaşlarının prezidentə dəstəyinin ifadəsidir, çünki İlham Əliyev Azərbaycan vətəndaşlarına onların ən çox istədiyi sabitliyi verir.
Azərbaycan 1990-cı illərin əvvəllərində iflas həddində idi: ölkə yoxsulluq keçirirdi və Ermənistanın Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatlarda ağır məğlubiyyətə uğramışdı. 
1993-cü ildə Azərbaycanın demokratik yolla seçilmiş prezidenti Əbülfəz Elçibəy istefa verdi və könüllü olaraq öz vəzifəsini Azərbaycanın sovet lideri olmuş Heydər Əliyevə - indiki prezidentin atasına verdi. Bu keçidə Azərbaycanda milli qurtuluş anı kimi baxılır və hətta bir çox müxalifətçilər də belə düşünürdülər. Azərbaycanlılar fikirləşirlər ki, Əliyev Moskvaya meydan oxuyaraq qərb şirkətləri ilə neft-qaz müqavilələri bağlamağa nail oldu, bu cəsarətli addım isə ölkənin müstəqilliyinin və iqtisadi inkişafının təminatıdır.
Belə bir müvəffəqiyyətə Əliyevin sayəsində nail olundu. 2006-cı ildən etibarən Ümumi Daxili Məhsul üç dəfə artdı, yoxsulluq isə 49 faizdən 6 faizə qədər azaldı; islahatçı iqtisadi siyasət Azərbaycanın qeyri-neft sektorunun inkişafını stimullaşdırmağa kömək etdi. İqtisadiyyatın inkişafına baxmayaraq, bir çox gənc azərbaycanlılar sosial ədalətsizliyin səbəbi kimi gördükləri inhisarçı sistemdən narazıdırlar. Fəallar və jurnalistlər, "Facebook"da  hökumətin dəyişməsinə çağırışlar edən fəallar və jurnalistlər tez-tez təzyiqlərə məruz qalırlar.
Həmçinin ölkədə korrupsiya da qalmaqda davam edir. Belə deyirlər ki, "Balıq başdan iylənər". Amma, əslində, çürüntü dərhal bütün balığa yayılır. Qərb analitikləri elitanın korrupsiyasına fokuslanarkən, onlar korrupsiyanın Azərbaycanın aşağı institutlarını keçməsinə az diqqət edirdilər. Təhsil sistemində korrupsiya xüsusilə məyus edicidir. Tələbələr öz təhsilinə görə pul ödəməyə məcburdular, bunu özünə rəva bilənlər isə repetitor köməyinə qaçırlar. Nəticədə, Azərbaycan ixtisaslaşdırılmış həkimlərin və başqa mütəxəssislərin çatışmazlığından əziyyət çəkir və gənc azərbaycanlılar yanlış etik dərsləri mənimsəyirlər. Bir abituriyent mənimlə söhbətdə bildirmişdi ki, onun valideynləri ondan tələb edirmiş ki, o da digər həmyaşıdları kimi dövlət imtahanında köçürmək imkanından yararlansın.
Xoşbəxtlikdən islahatlar küləyi əsməyə başladı. Keçən yazda, korrupsiyalaşması haqqında söhbətlər gəzən təhsil naziri  gənc islahatçıyla əvəz edildi. Həmçinin başqa müsbət dəyişikliklər də olur. Sürətləndirilmiş xidmətlər və elektron hökumətin irəliləyişi üçün tariflərin nəşri bir çox "xəlvəti" ödənişləri aradan qaldırdı. Məşhur sahibkar bu yaxınlarda mənə dedi ki, onlar gömrük və vergi orqanları tərəfindən az əzab çəkirlər, iki ən böyük şirkət isə lazım olan birinci ictimai səhmlərin yerləşdirilməsinə hazırlanaraq öz biznesini yaxşılaşdırır.
Qərb Azərbaycanda islahatçı səylərinin dəstəklənməsində əhəmiyyətli strateji marağa malikdir.
Təhlükəsizliyə gəlincə, 11 sentyabr terror aktlarından 24 saat sonra, Azərbaycan-Amerika hərbi təyyarələrinə qeyri-məhdud uçuş hüququ təklif etdi və nəticədə Əfqanıstanda koalisiya gücləri üçün mülki şəxs yüklərinin üçdə birinin təchizatında ən əhəmiyyətli dəhliz oldu. Terrorizmlə mübarizədə əməkdaşlıq xüsusi xarakter daşıdı və şəxsən mən də daxil olmaqla, bir çox amerikalıların həyatı zamanında xilas edilib.
Azərbaycan gündə Avropa və dünya bazarlarına 700 min barel neft daşımaqla, həmçinin İsrailin 40 faiz istehlakını təmin etməklə əhəmiyyətli energetika partnyorudur. Beş il ərzində beynəlxalq konsorsium Rusiyadan Avropa İttifaqına təbii qazın çatdırılmasının diversifikasiyası məqsədi ilə Yunanıstana, Albaniyaya və İtaliyaya Azərbaycandan təbii qazın çatdırılmalarına başlayacaq.
Azərbaycan haqqında strateji düşüncə qərb dəyərləri üçün zərərli deyil. İranda islahatçıların mübarizəsi qonşu Azərbaycanda da ruhlanma yarada bilər, burada şiələr əksəriyyət təşkil edirlər, amma bununla yanaşı 1400 yaşlı yəhudi icması dövlətin böyük dəstəyindən istifadə edir, və burada qadınlar öz amerikalı bacılarından bir il əvvəl səsvermə hüququna malik oldular. Birləşmiş Ştatlara və onun avropa müttəfiqlərinə Azərbaycanla əməkdaşlığı pozmaq düngüz olmaz, bunun yerinə bu kiçik, amma strateji əhəmiyyətli ölkəylə böldükləri maraqların və dəyərlərin dolu spektrinin reallaşdırmasına nail olmaq lazımdır".
globalpublicsquare.blogs.cnn.com/2013/11/14/dont-write-off-azerbaijan-just-yet/comment-page-1/#comment-1218304
Tərcümə: Ramil Rahiboglu
ANN.Az

Xəbər lenti