Metroda qəzet satışı ləğv olundu

Metroda qəzet satışı ləğv olundu

Yayım firmasının fəaliyyətinə xitam verildi

Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır.

musavat.com-un verdiyi xəbərə görə, noyabrın 14-dən etibarən “Metroservis” yayım firmasının fəaliyyətinə xitam verilib.

Firmanın rəhbəri Bəkir Cəfərov bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib və bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Firma rəsmisi, həmçinin, qeyd edib ki, Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti