Metroda film izləmək mümkün olacaq

Metroda film izləmək mümkün olacaq
"İnterfaks" agentliyi yazır ki, Moskva metropoliteninin rəhbəri İvan Besedin deyib ki, yeraltı dəmir yolunda “Wi-Fi” simsiz şəbəkəsinin sürəti onlayn filmləri izləməyə icazə verəcək.“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, "Wi-Fi” hazırda istismara hazırlıq rejimində işləyir. Hazırda siqnallar, qatarın içərisindəki naqillərin gərginlik qabiliyyəti və başqa texniki problemlər sınaqdan keçirilir" – Besedin deyib."Mən düşünürəm ki, ilin sonuna kimi “Wi-Fi” metroda yaxşı səviyyədə tətbiq ediləcək. Hazırda ondan istifadə etmək olar, lakin hələ bir sıra problemlər var, çünki o, istismara hazırlıq rejimindədir. “Wi-Fi” simsiz rabitəsinin sürəti böyük olacaq və filmlər izləmək mümkün olacaq” – o deyib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti