Mətbuatda jarqondan istifadə qadağan olundu

Mətbuatda jarqondan istifadə qadağan olundu
Rusiyada mediaya qarşı yeni məhdudiyyətlər qüvvəyə girir.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Roskomnadzor" Media Nəzarət Təşkilatı, KİV üçün altı yeni senzura tətbiq etməyi qərara verib. "Roskomnadzor"un qərarı ilə Rusiyada bundan sonra kişi və qadın cinsi orqanlarına jarqonda verilən adların və həyat qadını mənasını verən sözlərin mətbuatda istifadə edilməsi qadağan olundu. Bu sözlərdən yazılı mətbuatda, internet saytlarında, radio və televiziya kanallarında ancaq saat 21:00-dan sonra, 16 + işarəsi ilə istifadə ediləcək.Rusiya Elmlər Akademiyası Rus Dili İnstitutundan mövzu ilə bağlı açıqlama verib. Bildirilir ki, mütəxəssislər arasındakı ümumi rəyə görə, "b" hərfi ilə başlayan söz və bu sözdən törəyən digər sözlər senzurasız söz və ifadələr arasında yer alır.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti