“Mətbuat aranı qarışdırır”

“Mətbuat aranı qarışdırır”
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsinin son oyununda Rusiya ilə heç-heçə etməsinin əks-sədası bitməyib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın xal itkisinin azarkeşlərdə doğurduğu mənfi hisslər hələ də unudulmayıb.Rusiya yığmasının sabiq futbolçusu Yevgeni Aldonin verdiyi müsahibədə oktyabrın 15-də Bakıda qeydə alınan heç-heçənin fanatlara təsirindən danışıb: “Azərbaycan milli komandası ilə heç-heçə azarkeşlər tərəfindən mənfi qarşılandı. Ümumiyyətlə bizdə futboldan kənarda da mənfi hallar çoxdur. Bütün bunları təhlil etmək lazımdır. İstəyirəm ki, insanlar mehriban olsun. Futbolçulara paxıllıq etməsin. Burada mətbuat da aranı qarışdırır. Yığma ilə azarkeşlərin münasibətlərinin yaxşı olmasını istərdim”.Qeyd edək ki, 2002-07-ci illərdə Rusiya millisində çıxış edən 33 yaşlı dayaq yarımmüdafiəçisi hazırda “Volqa” klubunda çıxış edir. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti