“Messi haqda iddialar absurddur”

“Messi haqda iddialar absurddur”
"Bavariya"nın prezidenti Karl Haynz Rummenige yay transferi dönəmində "Barselona"nın futbolçusu Lionel Messinin komandaya gətirmək üçün 250 milyon avroluq təklif göndərmələri ilə bağl yayılan xəbərlərə münasibət bildirib.Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu iddiaları təkzib edən klub rəsmisi deyib ki, heç vaxt bir transfer üçün bu qədər məbləğ ödəməzlər: "Bu xəbərlər absurddur. Heç vaxt bu qədər pul verərək komandaya futbolçu gətirmərik". Rummenige hesab edir ki, Kataloniya klubu Messini heç vaxt satmayacaq: "Barsa"nın prezidenti Sanrdo Roselli çox yaxşı tanıyıram. O, Messini heç vaxt satmayacaq.  Argentinalı hücumçu üçün də ən yaxşısı futbolçu karyerasını orada başa vurmaqdır".ANN.Az

Xəbər lenti